Muzeylər baharı

16 may 2009-cu ildə saat 13:00-da C.Cabbarlının ev muzeyində “Muzeylər baharı” aksiyası münasibəti ilə N.Nərimanov,C.Cabbarlı,M.S.Ordubadi muzeylərinin birgə tədbiri keçirilmişdir.

Tədbirdə Azərbaycan mədəniyyəti və tarixinin muzeylər vasitəsi ilə təbliği,muzeylərin cəmiyyətdəki rolunun artırılması,daha çox tamaşaçının cəlb edilməsi üçün yeni vasitələrdən istifadə yolları haqqında fikir mübadiləsi edilmişdir.

Hər üç muzeyin əməkdaşları,F.Köçərli adına Respublika Uşaq Kitabxanasının işçiləri və oxucuları,Azərbaycan Qadın Yazıçılar Cəmiyyətinin üzvləri,Bakı şəhər orta məktəblərinin şagirdləri tədbirdə iştirak etmişlər.

Həmin gün N.Nərimanovun,C.Cabbarlının,M.S.Ordubadinin həyat və fəaliyyətlərindən bəhs edən tədqiqat əsərləri və onların öz əsərlərindən ibarət kitab sərgisi də təşkil olunmuş,ekskursiya aparılmışdır.175 saylı orta məktəbin şagirdlərinin ifasında şeirlər səslənmişdir.Fəallığı ilə fərqlənən şagirdlər tərifnamə və kiçik hədiyyələrlə mükafatlandırılmışdır.

Tədbir AzTV və ANS kanallarının əməkdaşları tərəfindən videolentə alınmış,fotoşəkillər çəkilmişdir.