Milli-mənəvi dəyərlərimiz

18 aprel 2009-cu ildə saat 13:00-da N.Nərimanovun xatirə muzeyində Beynəlxalq Abidələr Günü münasibətilə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması üçün muzeyin göstərdiyi fəaliyyətdən və gələcəkdə muzey xidməti səviyyəsini daha da yüksəldilməsi üçün görüləcək işlərdən söhbət açılmışdır.

Bakının 132 və 190 saylı orta məktəblərinin şagirdləri, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan xarici tələbələr, muzey fəalları, digər muzeylərdən dəvət olunmuş qonaqlar, mətbuat və televiziya nümayəndələri tədbirin iştirakçıları olmuşlar.

N.Nərimanovun xatirə muzeyinin baş mühafizi Ramiz Əliyevin,İqtisad Universitetinin müəllimi Zəkiyyə Musayevanın,Yazıçılar Birliyinin üzvü,dramaturq,tədqiqatçı Teyyub Qurbanın,tarix müəllimi Tünzalə Əsgərovanın çıxışları maraqla dinlənilmişdir.

Gün ərzində muzeydə “Açıq qapı” günü elan edilmiş,arzu edənlər muzey ekskursiyalarında iştirak etmişlər.

Milli-mənəvi dəyərlərimiz