2010-cu il aprelin 14-də – N.Nərimanovun anadan olduğu gün tədbirlər davam etmişdir. Saat 11-də onun Bakı şəhərindəki əzəmətli abidəsinin önünə yığışan tədbir iştirakçıları – Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev və digər məsul işçilər, N.Nərimanovun xatirə muzeyinin əməkdaşları, Nərimanovun tədqiqtçıları və qohumları, rayon səhiyyə müəssisələrinin nümayəndələri, tələbələr və məktəblilər, muzey fəalları və şəhər ictimaiyyətinin digər nümayəndələri abidə qarşısına əklillər və gül dəstələri qoyaraq böyük mütəfəkkirin xatirəsini hörmətlə yad etmişlər. Daha sonra tədbir Bakı 1 saylı Tibb Məktəbində keçirilən elmi konfransla davam etdirilmişdir. Yasamal İH-nin başçısı İ.Mehdiyev, YAP sədri Fikrət Kərimov, t.e.n. Firdovsiyyə Əhmədova, MM-in üzvü Gülər Əhmədova, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbəri Nəsib müəllim N.Nərimanovun çoxcəhətli fəaliyyəti, böyük xidmətləri haqqında məruzələr etmiş, gəncləri Nərimanovun qoyub getdiyi zəngin irsdən faydalanmağa çağırmışlar. Konfransın işi başa çatdıqdan sonra N.Nərimanovun xatirə muzeyi onun xatirəsini yad etmək istəyən digər qonaqları qəbul etmişdir. Borçalı İctimai Cəmiyyətinin üzvləri, “Azərbaycan” qəzetinin müxbiri Məhəmməd Nərimanoğlu, muzey fəalları muzeyin qonağı olmuşlar. Muzey əməkdaşları qonaqları maraqlandıran suallara cavab vermişlər.

Nəriman Nərimanovun anadan olmasının 140 illiyi qeyd edilir