Həmin gün saat 12-də daha bir tədbir “Kaspian Plaza” otelinin konfrans zalında Beynəlxalq Diaspor Mərkəzinin təşəbbüsü ilə keçirilmişdir. Konfransda f.e.d., professor Vaqıf Arzumanlı, Respublika Uşaq Təşkilatının sədri, Milli Məclisin üzvü Gülər Əhmədova , Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, f.e.d. Asif Rüstəmli, N.Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynova və başqaları çıxışlar etmişlər. Konfransın sonunda iki təklif irəli sürülmüşdür: N.Nərimanovu gənc nəslə daha yaxşı tanıtmaq üçün onunla bağlı məlumatların, xüsusilə də bədii yaradıcılığının orta məktəb dərsliklərinə salınması üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaq; son günlərdə AzTV tərəfindən N.Nərimanov haqqında hazırlanmış, tədqiqatçı alimlər və ictimaiyyət tərəfindən çox bəyənilmiş “Zamanın sorağında” adlı verilişin xarici dillərə tərcümə edilərək Avropa ölkələrində yayılmasına nail olmaq. Konfrans iştirakçıları yekdilliklə təklifləri bəyənmiş və təkliflərin həyata keçməsi üçün çalışacaqlarına söz vermişlər.

Nəriman Nərimanovun anadan olmasının 140 illiyi qeyd edilir