2010-cu il aprelin 13-də saat 11-də Azərbaycan Beynəlxalq Universitetində N.Nərimanovun 140 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.Konfransı ABU-nun I prorektoru akademik Hüseyn Əhmədov açıq elan edərək, “N.Nərimanov tədqiq edildikcə yüksələn şəxsiyyətdir” adlı məruzə ilə çıxış etmişdir. Daha sonra BDU-nun professoru, f.e.d. Alxan Bayramoğlu “N.Nərimanov və Azərbaycanlıların soyqırımı məsələsi”, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, t.e.n. Firdovsiyyə Əhmədova “Nərimanov ictimai-siyasi xadim kimi” mövzularında məruzələrlə çıxış etmişlər. ABU-nun kafedra müdiri prafessor İslam Zeynalov, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, t.e.d. Xəlil Köçərli, t.e.n. Nizami Məhərrəmov, AR Milli Arxiv İdarəsinin əməkdaşı Rafiq Səfərov, ABU-nun professoru İsgəndər Quliyev və başqaları da Nərimanovla bağlı müxtəlif mövzularda çıxışlar etmişlər. ABU-nun rektoru hüquq elmləri doktoru, akademik Elşad Abdullayev plenar iclasa yekun vuraraq N.Nərimanovun xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinin çox geniş tədqiqat obyekti olduğunu qeyd etmişdir. Sonra tədbir bölmə iclaslarında davam etmişdir.