Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muzeyşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbələri Nuruyeva Dürsədəf və Xurşudova Nərmin bu gün muzeyimizdə ekspozisiya ilə tanış olarkən əməkdaşlarımıza xeyli əlavə suallarla müraciət etdilər. Məlum oldu ki, muzeyimizin fəaliyyəti ilə belə ətraflı şəkildə maraqlanmaları oxuduqları təhsil müəssisəsində onlara verilmiş tapşırıqla əlaqədardır. Tələbələr muzeylərin fəaliyyəti ilə bağlı kurs işi hazırlamalıdırlar. Bu məqsədlə də onlar N.Nərimanovun xatirə muzeyi və Vaqif Mustafazadənin ev muzeyini tədqiqat obyekti olaraq seçmişlər.
Sonda tələbələr direktorumuz Kamilə Hüseynovadan və bələdçimiz Vəsilə Salmanovadan qənaətləndirici cavablar aldıqları üçün minnətdarlıqlarını bildirərək xatirə şəkli çəkdirdilər.
Gələcək muzeyşünaslar muzeyimizdə

Gələcək muzeyşünaslar muzeyimizdə

Gələcək muzeyşünaslar muzeyimizdə

Gələcək muzeyşünaslar muzeyimizdə

Gələcək muzeyşünaslar muzeyimizdə