Kulis.az-a Nəcəf Nərimanov haqda məlumat

Bu gün həm də N.Nərimanovun 149-cu ildönümü münasibətilə muzeyimizə baş çəkən fəalımız Arzu Rzayev Kulis.az Mədəniyyət portalının “Gözü yol çəkən məzarlar” adlı rubrikasında Nəcəf Nərimanovla bağlı məlumatın verilməsi üçün material topladığını söylədi. Artıq Nəcəflə bağlı bir sıra fotoları Kulis az.-a təqdim etdiyini söyləyən Arzu onların böyük maraq doğurduğunu və portaldan daha ətraflı məlumatın istənildiyini xəbər verdi.

Arzuya Nəcəf və Gülsüm xanım haqqında məlumatları böyük həvəslə təqdim etdik və bildirdik ki, bir çətinlik olarsa yenidən müraciət edə bilər.
Kulis.az-a Nəcəf Nərimanov haqda məlumat