NƏRİMAN NƏRİMANOV- 149

Bu gün muzeyimizdə N.Nərimanovun anadan olmasının 149-cu ildönümü qeyd edilir.

Əməkdaşlarımızın bir qismi səhər saatlarında dahi mütəfəkkirin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər.

Muzeyimizdə isə ziyarətçilərin qəbulu davam edir. Onlar ekspozisiyaya baxışla bərabər N.Nərimanovun müxtəlif illərdə nəşr olunmuş əsərlərinin nadir nüsxələri ilə, həmçinin onun vaxtilə Bakı Bələdiyyə Teatrı tərəfindən tamaşaya qoyulmuş “Nadir şah” tarixi faciəsinin videogörüntüsü ilə tanış olurlar.
NƏRİMAN NƏRİMANOV- 149

NƏRİMAN NƏRİMANOV- 149

NƏRİMAN NƏRİMANOV- 149

NƏRİMAN NƏRİMANOV- 149