Muradın təşəbbüsü

Muzeyimizin bu günkü ziyarətçiləri – Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin I kurs tələbələri ekskursiyaya tələbə yoldaşları Murad Həsənovun təşəbbüsü ilə gəldiklərini bildirdilər. Bir müddət əvvəl qonağımız olan Murad muzeydən aldığı xoş təəssüratları onlarla bölüşmüş, N.Nərimanovun zəngin irsinin mühafizə olunduğu bu məkanda olmağı onlara da məsləhət bilmişdir. Tələbələr onları muzeyimizlə tanış edən elmi işçi İradə Əliyevaya dərin təşəkkürlərini bildirərək Muradın muzeyimiz haqda düşüncələrinə haqq qazandırdıqlarını söylədilər.
Muradın təşəbbüsü

Muradın təşəbbüsü

Muradın təşəbbüsü

Muradın təşəbbüsü

Muradın təşəbbüsü

Muradın təşəbbüsü

Muradın təşəbbüsü

Muradın təşəbbüsü

Muradın təşəbbüsü

Muradın təşəbbüsü