“Mədəniyyət” kanalı Nəriman Nərimanov haqqında

Bu ayın ilk günlərindən “Mədəniyyət” telekanalının “Xalq yaradıcılığı” redaksiyası “Keçmişdən gələcəyə” layihəsi çərçivəsində N.Nərimanovun anadan olmasının 149-cu il dönümü münasibətilə ona həsr olunmuş veriliş hazırlayır.

Ayın 2-dən etibarən müəyyənləşdirilmiş sujetə uyğun olaraq işə başlayan çəkiliş qrupu bu gün fəaliyyətini muzeyimizin ekspozisiya zallarında davam etdirmişdir.

“Xalq yaradıcılığı” redaksiyasının rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu muzeyin direktoru Kamilə Hüseynova ilə zallardakı ekskursiya və müsahibə zamanı Nəriman Nərimanovun həyat və fəaliyyətinin bütün tərəflərini ətraflı şəkildə işıqlandırdılar. Kamilə xanım söhbət zamanı maraqlı eksponatlarla bərabər nərimanovşünas alimlər və onların tətqiqat əsərləri barədə geniş məlumat verdi. Bu zaman həmin əsərlərdən ibarət olan sərgi də lentə alındı.

İlkin məlumata görə veriliş “Mədəniyyət” kanalında aprelin 13-də efirə veriləcək.