Soyqırım

Martın 29-da əməkdaşlarımız Bakının 189-190 saylı tam orta məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Soyqırım” adlı tədbir - “Açıq dərs” keçirmişlər.

Məktəbin 6a sinfində tarix müəllimi Lalə Məmmədova,muzeyin əməkdaşları Rəna Qəhrəmanova və Vəsilə Salmanova şagirdlərə 1918-ci il 31 mart - 3 aprel tarixlərində Bakı quberniyasında, eləcə də digər qəzalarda bolşevik-daşnak qüvvələri tərəfindən müsəlmanlara qarşı törədilmiş dəhşətli soyqırım faktları, habelə onun miqyası haqqında məlumat vermişlər. Şagirdlərə həmçinin həmin dövrdə qırğınların qarşısını almaq üçün N.Nərimanovun göstərdiyi fəaliyyət, bu soyqırımı tədqiq edən tarixçi alimlərin nəşr etdirdikləri kitab və albomları haqqında danışılmışdır. Açıq dərsin gedişində şagirdlər həmin tarixi dövr haqqında fikirlərini bölüşmüş, “Soyqırımı unutmayaq” adlı video çarxla tanış olmuşlar.

Soyqırım

Soyqırım

Soyqırım

Soyqırım

Soyqırım

Soyqırım