“Xocalını anırıq!”

XX əsrdə xalqımıza qarşı törədilən ən böyük soyqırım Xocalıda baş vermişdir. Dinc əhali erməni silahlı qüvvələri tərəfindən vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərlə amansızcasına davranılmış, şəhər yerlə yeksan edilmişdir...

Həmin hadisələrdən 27 il keçsə də Xocalıda, eləcə dəAzərbaycanın işğal edilmiş digər ərazilərində dəhşətli cinayətlər törətmiş şəxslər cəzalandırılmamışlar. Halbu ki, erməni cəlladları tərəfindən şəhərin mülki əhalisinə qarşı törədilmiş hərəkətlər Cenevrə Konvensiyasının, habelə İnsan Haqlarının Ümumi Bəyənnaməsi müddəalarının kobud şəkildə pozulmasıdır...

Xocalı qətliamı ilə bağlı bu fikirlər bu gün muzeyimizdə Bakının Yasamal rayonu 175 saylı tam orta məktəbinin şagird və müəllimlərinin iştirakı ilə keçirilən “Xocalını anırıq!” adlı seminarda səsləndi.

Muzeyin direktoru Kamilə Hüseynova, böyük elmi işçisi Rəna Qəhrəmanova, məktəbin tarix müəllimi Vələddin Hüseynov, təşkilati işlər üzrə direktor müavini Həcər Əliyeva, həmçinin şagirdlər Xocalı hadisələri, ümumiyyətlə Dağlıq Qarabağ regionu və ona bitişik digər rayonlarda baş vermiş bu dəhşətlərin ilk yeganə olmadığından, təkcə XX əsrdə xalqımıza qarşı ermənilər tərəfindən törədilən qətliam və ərazi iddialarının dəfələrlə təkrarlandığından danışdılar.
Qeyd olundu ki, zamanında böyük mütəfəkkir, ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun özü də Mərkəzlə “ölüm-dirim” savaşına girərək Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının qarşısını ala bilmişdir.

Şagirdlər Dağlıq Qarabağ hadisələrinin tarixini əks etdirən materiallardan ibarət sərgi ilə tanış olaraq muzeyin elmi işçisi, əslən şuşalı, Qarabağ hadisələrinin şahidi olmuş İradə Əliyevanın acı xatirələrini də dinlədilər.

Seminar iştirakçılarının son qərarı belə oldu ki, baş verənlər unudulmamalı, mübarizəmiz sonadək - torpaqlarımızın hər qarışının qaytarılması və Qarabağda törədilmiş dəhşətlərin səbəbkarları cəzalandırılanadək qətiyyətlə davam etdirilməlidir.
“Xocalını anırıq!”

“Xocalını anırıq!”

“Xocalını anırıq!”

“Xocalını anırıq!”

“Xocalını anırıq!”

“Xocalını anırıq!”

“Xocalını anırıq!”

“Xocalını anırıq!”