Fevralın 17-də muzeyimizdə “Nəriman Nərimanovun və Qabdulla Tukayın dostluğu xalqlarımızın iftixar mənbəyidir” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərin mühafizəsi şöbəsinin müdiri Azadə Hüseynova, “Tatarıstan” İctimai Birliyinin, “Ayda v Baku” ictimai layihəsinin ,“Günay” uşaq yaradıcılıq teatrının nümayəndələri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşları və digər qonaqlar iştirak etmişlər.
Muzeyin direktoru Kamilə Hüseynova tədbiri açaraq qonaqları salamladı və qeyd etdi ki, Azərbaycan və tatar xalqlarının dostluq və qardaşlığının tarixi maraqlı faktlarla zəngindir. Nəriman Nərimanovun bu xalqa , onun mütərəqqi ziyalılarına olan sevgi və rəğbəti mütəfəkkirin qiymətli irsində, onu məktub və məqalələrində öz əksini tapmışdır. Buna görə də təsadüfi deyildir ki, tatar ictimaiyyətinin nümayəndələri ilə muzeyimizdə tez-tez keçirilən görüşlərin hər biri bayram xarakterli olub xüsusi əhəmiyyət kəsb edir.
“Ayda v Baku” ictimai layihəsinin yaradıcısı və rəhbəri Emin Ramazanov Kamilə xanımın dediklərini təsdiqləyərək bildirdi ki, bazar günü baş tutan görüşdən olduqca məmnundu. ”Tatarıstan” İctimai Birliyinin sədri Abas Minyaşiv tədbirə dəvət edildiyi üçün təşəkkür etdi və muzeylə daha sıx ələqə saxlamaq arzusunda olduqlarını bildirdi. Azərbaycan Turizm və Menecment Universitetinin tarix müəllimi, şəhərimizin və onun məkanlarının tarixini gözəl bilən bələdçi, milliyətcə tatar olan Tofiq İmanov da iştirakçısı olduğu tədbiri yüksək qiymətləndirdi. Daha sonra söz “Günay” uşaq yaradıcılıq teatrının gənc artistlərinə verildi. Gənclər qeyd etdilər ki, onlar öz repertuarlarını qurarkən həm Azərbaycan, həm də tatar ədəbiyyatının nümunələrindən istifadə edirlər.
Tədbir iştirakçıları muzey fondunda saxlanan nadir eksponat, foto və sənədlərdən ibarət videoçarxın nümayişini izlədikdən sonra söz muzeyin baş mühafizi Maisə Həsənovaya verildi. Maisə xanım böyük tatar yazıçısı Qabdulla Tukayla doktor Nəriman Nərimanov arasındakı dosluq əlaqələrindən bəhs edən maraqlı tarixi faktlar haqqında danışdı. İnformasiya və mədəniyyət portalının baş redaktoru Alsu Yusubova keçirilən bu görüş üçün məkanın çox düzgün seçildiyini vurğuladı. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərin mühafizəsi şöbəsinin müdiri Azadə Hüseynova çıxış edərək tədbir iştirakçılarına nazir Əbülfəs Qarayevin salamını yetirdi. Bildirdi ki, bu tipli görüşlər iki xalq arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyi üçün böyük əhəmiyyət kəsb edir. Azadə xanım görüşün təşkilatçılarına təşəkkür edərək onlara yeni uğurlar arzuladı. Daha sonra “Tatarıstan” İctimai Birliyi ilə muzey arasında əməkdaşlıq və birgə fəaliyyət haqqında müqavilə imzalandı.
Görüşün sonunda tədbir iştirakçıları muzeyin ekspozisiyası, Qabdulla Tukay – Nəriman Nərimanov dostluğundan bəhs edən materiallar , Qabdulla Tukayın, eləcə də digər qabaqcıl tatar mütəfəkkirlərinin əsərləri və N.Nərimanovun Həştərxandakı qızğın fəaliyyətindən bəhs edən materiallardan ibarət sərgi ilə tanış edildilər.

Nəriman Nərimanovun və Qabdulla Tukayın dostluğu xalqlarımızın iftixar mənbəyidir