Səhər saatlarında muzeyimizdə 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Dilimiz –varlığımızdır!” adlı tədbir keçirildi.
Tədbirdə 189-190 saylı tam orta məktəbin 5- ci sinif şagirdləri (sinif rəhbəri Məmmədova Natəvan) ,Səbail MKS –in əməkdaşları,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.
Tədbiri açaraq qonaqları salamlayan direktor Kamilə Hüseynova daha sonra sözü muzeyin bələdçisi Vəsilə Salmanovaya verdi.
Vəsilə Salmanova iştirakçılara Beynəlxalq Ana dili Gününün təsis edilmə tarixi və əhəmiyyəti, eləcə də N.Nərimanovun və digər mütəfəkkirlərin ana dilimizin saflığı və inkişafı üçün göstərdikləri fəaliyyət haqqında məlumat verdi. Məktəbin dil-ədəbiyyat müəllimi Natəvan Məmmədova,həmçinin Səbail MKS-ın biblioqrafik proseslərin avtomatlaşdırılması şöbəsinin müdiri Cəmilə Səmədova ana dilimizin inkişaf mərhələləri və zənginləşməsi tarixindən söz açdılar. Sonra söz uşaqlara verildi və onların ifasında dilimizlə bağlı şeirlər səsləndi.
Tədbir iştirakçılarına muzeyin fondunda saxlanılan və dilimizin inkişaf yolunu özündə əks etdirən müxtəlif nadir nəşrlərdən ibarət sərgi və bu mövzuya həsr edilmiş videoçarxlar təqdim edildi.
Sonda tədbir iştirakçıları muzeyin ekspoziyası ilə tanış edildilər və xatirə şəkilləri çəkildi.

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”

“Dilimiz -varlığımızdır!”