AMİU ilə yeni müqavilə

Muzeyimiz bir çox sahələrdə olduğu kimi gənc kadrların hazırlanması işinə də öz töhfəsini verməkdədir.

Son dövrlərdə demək olar ki, hər il müxtəlif ali məktəblərin tələbə və magistləri muzeyimizdə istehsalat təcrübəsi keçirlər.

Elə bu gün də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Afət xanım Allahverdiyeva kulturologiya fakültəsinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan III kurs tələbələrinin muzeyimizdə keçmək istədikləri istehsalat təcrübəsi ilə bağlı razılıq almaq üçün muzeyimizin direktoru Kamilə xanımla görüşdü.

Yaxın günlərdə bu işlərlə bağlı müqavilə imzalanacaq.
AMİU ilə yeni müqavilə