“Sarsılmaz Azərbaycan Bayrağı”


09 noyabr 2010 tarixdə saat 12:30-da N.Nərimanov xatirə muzeyinin əməkdaşları M.S.Ordubadinin xatirə muzeyində “Dövlət Bayrağı Günü"nə həsr olunmuş “Sarsılmaz Azərbaycan Bayrağı” adlı birgə tədbir keçirmişlər. Tədbir Azərbaycanın Dövlət himninin sədaları altında başlandı. M. S. Ordubadi xatirə muzeyinin direktoru L. Abas-zadə qonaqları salamladı və bayram münasibətilə təbrik etdi. Elmi işçi İ. Vəliyeva respublikamızın dövlət suverenliyinin rəmzi olan Dövlət bayrağının yaranma tarixi rəng və simvolları barədə məlumat verdi. Sonra N. Nərimanovun xatirə muzeyinin direktoru K. Hüseynova məruzə ilə çıxış etdi və "Dövlöt Bayrağı Günü"nün qeyd edilməsinin əhəmiyyətindən söz açdı. Şairə jurnalist Z. Mansurova Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimova ithaf etdiyi şeri oxudu. Tədbirin sonunda qonaqlar muzeyin ekspozisiyası və tədbirə həsr olunmuş guşə ilə tanış oldular.

“Sarsılmaz Azərbaycan Bayrağı”


“Sarsılmaz Azərbaycan Bayrağı”


“Sarsılmaz Azərbaycan Bayrağı”


“Sarsılmaz Azərbaycan Bayrağı”