Bu gün Sumqayıt məktəblərinin böyük bir qrupu qonağımız oldu. Öyrəndik ki, Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın 28 şağirdi direktor müavini Məmmədova Alidə, uşaq birliyi təşkilatının rəhbəri Baxşıyeva Aidə, sinif rəhbərləri Mustafayeva Könül və Babaxanova Gülşənin rəhbərliyi ilə artıq Abdulla Şaiq və Üzeyir Hacıbəyovun ev muzeylərində olmuşlar. Bizdən sonra isə Səməd Vurğunun ev muzeyinə gedəcəklərini bildirdilər. Olduqca aktiv və məlumatlı olan uşaqların ekspozisiyamıza ciddi maraq göstərmələri və digər muzeylərin ekspozisiyaları ilə müqayisə etmələri çox xoşumuza gəldi. Tez-tez müxtəlif suallarla müraciət etmələri onların maraq dairəsinin geniş olduğundan xəbər verirdi.
Sonda onlar maraqlı ekskursiyaya görə bizə təşəkkür etdilər, biz də onlara dərslərində yeni uğurlar arzuladıq.
Sumqayıt məktəbləri muzeyimizdə

Sumqayıt məktəbləri muzeyimizdə

Sumqayıt məktəbləri muzeyimizdə

Sumqayıt məktəbləri muzeyimizdə

Sumqayıt məktəbləri muzeyimizdə