Qonaqlarımız Dövlət Filarmoniyasının əməkdaşlarıdır

Bu gün muzeyimizdə talelərini musiqi dünyasına bağlamış iki maraqlı qonağı qəbul etdik. Onlardan biri məşhur klarnet ifaçısı, Azərbaycanın xalq artisti, əsası hələ 1920-ci ildə qoyulmuş, Üzeyir Hacıbəıyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədov, ikincisi isə həmin orkestrin dirijoru, gənc və istedadlı skripkaçı, Vyana Konservatoriyasının məzunu Mustafa Mehmandarov idi. Mustafa məşhur Mehmandarovlar nəslinin nümayəndəsidir. Onun ulu babası Kərim bəy Mehmandarov çar ordusunun generalı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Səməd bəy Mehmandarovun əmisi oğludur. Məlumdur ki, 1920-ci ildə bu general məhz Nəriman Nərimanovun səyi nəticəsində labüd ölümdən xilas olmuşdur.

Mustafa həm də Hacı Zeynalabdın Tağıyevin nəslinə mənsubluğu ilə fəxr edir. Onun nənəsi Leyla xanım H.Z.Tağıyevin ilk nigahdan olan oğlu Ağasadıq bəyin nəvəsidir.
Muzeyin direktoru Kamilə Hüseynova və baş fond mühafizi Maisə Həsənova qonaqları muzeyin ekspozisiyası, eləcə də fondunda olan nadir və qiymətli sənədlərlə tanış etdilər. Kamilə xanım N.Nərimanovun 1920-ci ildəki repressiyalardan təkcə Səməd bəy Mehmandarovu və Əliağa Şıxlinskini deyil, həmçinin ziyalılar nəslinin digər görkəmli nümayəndəlirini, o cümlədən Üzeyir Hacıbəyovu necə xilas etməsi barədə ətraflı məlumat verdi.

Sonda qonaqlar muzeyimizin əməkdaşlarına dərin təşəkkürlərini bildirərək onları Filarmoniyada baş tutan konsertlərə dəvət etdilər.

Biz də Şükür müəllimə və mayestro Mustafaya yeni yaradıcılıq uğurları diləyirik!