Nərimanovlar nəslinin nümayəndələri muzeyimizdə

Nərimanovlar nəslinin nümayəndələri muzeyə gəlişləri ilə bizə həmişə ikiqat sevinc bəxş edirlər.

Elə bu gün geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Nəriman Nərimanov (Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun əmisi nəvəsi, nəsildə 3-cü Nəriman) həyat yoldaşı Bikə xanımla birgə qonağımız oldular.

İşlərimizdəki yeniliklərlə maraqlanan Nəriman müəllim ekspozisiyamızdakı dəyişikliklərlə tanış olmaq istədiyini bildirdi. Söhbət zamanı onu da xəbər verdi ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin foyesində bu təhsil müəssisəsinin tarixi ilə bağlı məlumatların yer aldığı stendlər nümayiş etdirilir. Stendlərdə bu müəssisənin Bakı Politexnik İnstitutu adı ilə yaradılması barədə 16 noyabr 1920-ci il tarixli dekreti imzalayan Azərbaycan İnqilab komitəsinin sədri Nəriman Nərimanovun fotosu verilsə də dekretin məzmunu öz əksini tapmayıb. Nəriman müəllim muzeyimizin fondunda həmin dekretin surətinin olub-olmaması ilə maraqlandı. Bildirdi ki, bu sənədin də həmin stendlərdə yer alması tamaşaçılar üçün maraqlı olardı.

Daha sonra onlar muzeyimizdə 20 Yanvar hadisələrinə həsr edilərək yaradılmış müvəqqəti sərgi ilə də tanış oldular.