“Kiçik Akademiya”da uğurlu çıxış

“Tərəqqi” liseyinin müəlliməsi Sevda Yarmetovadan maraqlı xəbər almışıq. Sevda xanım kiçik elmi işçimiz İradə Əliyevaya göndərdiyi təşəkkür mesajında bildirib ki, bir müddət əvvəl muzeyimizdə olaraq Nərimanov şəxsiyyəti və onun ölüm tarixcəsi ilə maraqlanan Cavid Zərbəliyev Nərimanov rayon məktəblərinin birgə layihəsində - “Kiçik Akademiya”da uğurla çıxış etmişdir. “Tərəqqi” liseyinin X sinif şagirdi Cavid Zərbəliyev “Nəriman Nərimanovun müəmmalı ölümü” mövzusunda təqdim etdiyi məruzəni Nərimanovun ev muzeyində olarkən və nərimanovşünas alimlərlə görüşərkən topladığı faktlar əsasında hazırlamışdır.

Uğurlu işinə görə diplomla mükafatlandırılan Cavidi kollektivimiz adından təbrik edir, elmi yaradıcılığında və axtarışlarında böyük uğurlar arzulayırıq!
“Kiçik Akademiya”da uğurlu çıxış