“Ayda v Baku” qrupu muzeyimizin qonağıdır

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində “Ayda v Baku” qrupunun üzvlərini muzeyimizdə qəbul etdik. Qonaqlarımızın ekskursiyası peşəkar bələdçi Adil Xeyrullayevin inCity.az. portalının dəstəyi ilə reallaşdırdığı ictimai layihə əsasında təşkil edilmişdi. Ümumiyyətlə, bu layihənin məqsədi təkrarolunmaz və sevimli Bakımıza pulsuz ekskursiyaların təşkili imiş. Gəzintilər zamanı iştirakçılar şəhərimiz haqda yeni maraqlı, hərdən də gözlənilməz faktlarla tanış edilirlərmiş.

Layihənin rəhbəri, məşhur bloger, “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov idi. Qonaqlarımızın arasında həkim – artterapevt, ərəbdilli bələdçi, Azərbaycan Tibb Universitetinin müəllimi və onun Türkiyədən olan tələbəsi var idi.

Qonaqlar baş fond mühafizi Maisə Həsənovanın verdiyi məlumatlara böyük maraqla qulaq asaraq ekspozisiya ilə tanış oldular. Onlar digər gəzintiləri haqqında da təəssüratlarını bizimlə bölüşərək muzeyimizin rəy kitabında qeydlər etdilər.

E.Ramazanov Tatar diasporunun nümayəndəsi kimi göstərdiyi fəaliyyətdən söhbət açdı. Həmçinin mərkəzində Abdulla Tukayın və Nəriman Nərimanovun adlarını daşıyan iki küçənin mövcud olduğu Kazana səfərindən danışdı. Və bizdən hədiyyə olaraq Mənzər İbrahimovanın görkəmli tatar tarixçisinə həsr olunmuş “Abdulaziz Qubaydullin” kitabını qəbul etdi.

Sonda biz bir-birimizi bayramlar mübnasibətilə təbrik etdik və əməkdaşlığımızı davam etdirmək qərarına gəldik.

Yeni ildə yeni görüşlərədək, əziz dostlar!