Keçmişə salam

Ötən həftə tanınmış din xadimi Axund Fərəculla Pişnamazzadənin ailə üzvləri muzeyin qonağı oldular. “Vahid” Ədəbi Məclisinin sədri Hacı Rafik Əliyevin təşəbbüsü ilə baş tutan bu görüş hamının ürəyincə oldu.

Xatırladaq ki, keçən əsrin 20-ci illərində N.Nərimanovun qoruduğu şəxsiyyətlər arasında A. F. Pişnamazzadənin də adı qeyd olunur. (Həsən Həsənov. N.Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti. Bakı-2005, səh.118.)

A. F. Pişnamazzadənin nəvəsi, Lütfüzadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Məmmədov Nemət Əli oğlu 200 elmi məqalənin, 5 patentin, 5 kitabın və çox sayda elmi-populyar məqalənin müəllifi, A. F. Pişnamazzadənin nəticəsi Məmmədova Nəzakət Qəzənfər qızı isə BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosentidir.

Nemət müəllim ona məlum olan maraqlı faktlardan söhbət açdı və gətirdiyi materialları, o cümlədən 2018-ci ildə nəşr edilmiş “Dünya ülvi məhəbbətə möhtacdır” adlı kitabını muzeyə hədiyyə etdi.

Bütün qonaqlarımız, o cümlədən Hacı Rafik Əliyevin həyat yoldaşı həkim- allerqoloq Əliyeva Elmira və Pişnamazzadənin nəticəsi Qurbanova Dilarə muzeyin ekspozisiyası ilə tanış edildilər.
Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam

Keçmişə salam