Nərimanovun müəmmalı ölümü haqqında şagird tədqiqatı

“Tərəqqi” liseyinin X sinif şagirdi Cavid Zərbəliyev və həmin məktəbin tarix müəllimi Sevda Yarmetova bu gün muzeyimizin qonağı olub ekspozisiya ilə tanış edildilər. Söhbət zamanı məlum oldu ki, Cavid “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar AMEA və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Kiçik Akademiya” layihəsi çərçivəsində reallaşacaq “20-30-cü illərin qaranlıq səhifələri” mövzusunda müsabiqədə iştirak etmək fikrindədir. Ona görə də Cavid “N.Nərimanovun müəmmalı ölümü” temasını seçmiş və bu barədə gərəkli materiallar toplamaqdadır.

Kiçik elmi işçimiz İradə Əliyeva onlara mövzu ilə bağlı ətraflı məlumat verdi. Söhbətə qoşulan böyük elmi işçi Rəna Qəhrəmanova N.Nərimanovun son dövr tədqiqatçıları Firdovsiyyə Əhmədovanın, Rəna Bayramovanın və Həsən Həsənovun əsərlərindən istifadə etməyi məsləhət gördü.

Söhbərimizin sonunda Cavidə uğurlar dilədik.