Arzunun muzeyə yeni hədiyyəsi

Bu günlərdə fəalımız Arzu Rzayev yenə də bizə baş çəkdi. Ziyarətimizə əliboş gəlməyi sevməyən Arzu bizə yenə də hədiyyə təqdim etdi – N.Nərimanovun Azərbaycan və rus dillərində olan seçilmiş əsərlərini. Muzeydə N.Nərimanovun rus dilində olan əsərlərinin nüsxələri çoxdur. Ancaq 1973-cü ildə Azərbaycan dilində nəşr edilmiş əsərindən yalnız bir nüsxə olduğu üçün Arzunun bu hədiyyəsi bizi çox sevindirdi.

Sənə hədsiz təşəkkürümüzü bildiririk, Arzu!
Arzunun muzeyə yeni hədiyyəsi

Arzunun muzeyə yeni hədiyyəsi

Arzunun muzeyə yeni hədiyyəsi