AXC - 100: 100 yaşlı Parlamentimiz

Bu gün muzeyimizdə Azərbaycan Xalq Cünhuriyyətinin və bütün müsəlman Şərqində Avropa tipli ilk parlamentin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “100 yaşlı Parlamentimiz” adlı tədbir keçirilmişdir. Məqsəd Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Türk dünyasında olduqca çətin və mürəkkəb şəraitdə Avropa tipli ilk parlamentin yaradılmasının 100-cü ildönümünü təntənəli şəkildə qeyd etmək və həmin parlamentin qəbul etdiyi qərarların milli dövlətçiliyimizin əsaslarının formalaşması və gücləndirilməsinə verdiyi tarixi töhfələrdən danışmaq idi.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın inzibati idarəetmə fakültəsinin I kurs tələbələri, professor Həvva Məmmədova və muzey əməkdaşları iştirak edirdilər.

Əvvəlcə professor Həvva Məmmədova çıxış edərək hamını bir əsr bundan əvvəl yaradılmış Azərbaycan Parlamentinin ad günü və 100 illiyi münasibətilə təbrik etdi. Bildirdi ki, 1918-ci il dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı olmuş və o, həmin dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk Parlament olmuşdur. Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilmişdir.

Daha sonra DİA-nın tələbələri Azərbaycan Parlamentinin iclaslarında iştirak edən partiya, fraksiya və qrupların fəaliyyətindən, Parlamentdə müzakirəyə çıxarılan və 17 aylıq fəaliyyət dövründə keçirilən 145 iclasda müzakirə olunan məsələlərdən, qəbul edilən qərarlardan danışmışlar. DİA-nın inzibati idarəetmə fakültəsinin tələbəsi Səmədzadə Fidan isə AXC-nın süqutundan sonrakı dövr haqqında danışdı , “Azərbaycan Şura Cümhuriyyəti 1920-1930-cu illərdə” mövzusunda hazırladığı slaydın nümayişi ilə çıxış etdi və həmin dövrdə N.Nərimanovun respublikamızın müstəqilliyini və suverenliyini qorumaq üçün gördüyü işlər haqqında məlumat verdi.
AXC - 100: 100 yaşlı Parlamentimiz

AXC - 100: 100 yaşlı Parlamentimiz

AXC - 100: 100 yaşlı Parlamentimiz

AXC - 100: 100 yaşlı Parlamentimiz

AXC - 100: 100 yaşlı Parlamentimiz

AXC - 100: 100 yaşlı Parlamentimiz

AXC - 100: 100 yaşlı Parlamentimiz

AXC - 100: 100 yaşlı Parlamentimiz

AXC - 100: 100 yaşlı Parlamentimiz