Gənclərə kömək

Xəbər verdiyimiz kimi noyabr ayının 20-də İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan, “SABAH” mərkəzinin II kusr tələbəsi Firudin Quliyev muzeyimizdə olmuş və videosüjet hazırlamaq üçün müraciət etmişdir. Bu gün isə o tələbə yoldaşları ilə birlikdə N.Nərimanovun “Oğluna bitməmiş məktub”u əsasında hazırladığı kiçik səhnəciyi videolentə aldı. Bu işdə ona kurs yoldaşları Sadıqova Fidan, Muradov Qabil, Məmmədli Selcan və Fərhadlı Sadiq yaxından köməklik göstərdilər. Muzey əməkdaşları tərəfindən onlara lazımi şərait yaradıldı.
Gənclərə kömək

Gənclərə kömək