İsveçdən qonaqlar

Noyabrın 15-də İsveçdə yaşayan soydaşlarımız, N.Nərimanovun yaxın dostu Hüseyn Həyatovun nəticəsi Həsənağa Fərzanə anası Svetlana xanımla birlikdə muzeyin qonağı oldular. Xadırladaq ki, Hüseyn Həyatov XX əsrin əvvəllərində Həştərxanda neft milyonçusu Şəmsi Əsədullayevin neft satışı üzrə işlər müdiri vəzifələrində çalışmışdır. N.Nərimanov Həştərxanda sürgündə olarkən Həyatovla tanış olmuş, hər ikisi Həştərxan şəhər dumasına üzv seçilmiş, bu vilayətin ictimai- siyasi həyatında fəal iştirak etmişlər. 1920-ci ildə Həyatov Azərbaycana dəvət olunur və N.Nərimanovun təqdimatına əsasən Azərbaycan Neft sənayesi komissarı N.İ.Solovyovun sərəncamına göndərilir. Həmin ilin iyun ayından “Azneftkom”un mal-əmtəə şöbəsi müdirinə köməkçi, 1921-ci ildə Azneft əmtəə idarəsinə, daha sonra maliyə-kommersiya idarəsinə rəis təyin edilmişdir. 1922-ci ildə Həyatov yanacaq üzrə Zaqafqaziya- Xəzər vilayəti şöbəsinin və “Azneft”in rəisi A.P. Serebrovskinin müavini təyin olunaraq həyatının sonunadək orada işləmişdir. 1925-ci il iyulun 25-də neft anbarlarının yoxlanışı zamanı avtodrezina qəzası nəticəsində həlak olmuşdur.

Həyatovlar nəsli ilə ilk tanışlığımız 2011-ci ilə təsadüf edir. Hüseyn Həyatovun nəticəsi Həsənağa Fərzanə babasının N.Nərimanovla yaxın dostluq əlaqələrini təsdiqləyən fotoşəkillərin və sənədlərin surətini gətirmişdi. Sonralar H.Həyatovun nəvəsi mərhum Firuz Fərzanə də muzeyi ziyarət etmişdi. Artıq neçə ildir ki, bu ailə vaxtaşırı Azərbaycana gələndə bizə baş çəkməyi unutmur. Həmişə olduğu kimi bu dəfə də Həsənağa müəllim və Svetlana xanım əliboş gəlməmişdilər. Həsənağa fondumuzu zənginləşdirmək arzusu ilə babasına aid olan ən qiymətli materialların əsli formasını (şəkil, sənədlər, qədim nəşrlər) və qədim yazı masasını muzeyə hədiyyə etdi.
İsveçdən qonaqlar

İsveçdən qonaqlar

İsveçdən qonaqlar

İsveçdən qonaqlar

İsveçdən qonaqlar

İsveçdən qonaqlar

İsveçdən qonaqlar

İsveçdən qonaqlar

İsveçdən qonaqlar

İsveçdən qonaqlar

İsveçdən qonaqlar