17 noyabr “Milli Dirçəliş Günü”

Bu gün saat 12-00-da muzeyimizdə “Milli Dirçəliş Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın professoru Həvva Məmmədova, həmin təhsil ocağının hüquqşünaslıq fakültəsinin I kurs tələbələri və muzey əməkdaşları iştirak etdilər.

Tədbiri muzeyin direktoru Kamilə Hüseynova açaraq qonaqları salamladı və qeyd etdi ki, noyabr hadisələrindən 30 il ötsə də o günləri həyəcansız xatırlamaq olmur. Sonra muzeyin kiçik elmi işçisi Ləman Alagözlü tərəfindən hazırlanmış və həmin tarixi anları özündə əks etdirən videoçarx tədbir iştirakçılarına təqdim olundu.
Kamilə xanım muzeyin yaranma tarixindən də söz açdı və görülən işlər haqda qısa məlumat verdi.

Professor Həvva Məmmədova isə çıxışında son 2 əsrdə Ermənistanın Azərbaycana təcavüzündən, Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən hadisələrdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatı tarixindən, Bakıda Azadlıq meydanında 18 gün gecə və gündüz aramsız davam edən mitinqlərdən söhbət açdı.

Tələbələrdən Nigar Mehdizadə Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə bağlı hazırladığı slayd əsasında məruzəsini təqdim etdi.

Daha sonra tədbir diskussiya şəklində davam etdirildi. Sonda tələbələr ekspozisiya ilə tanış edildilər.
17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”

17 noyabr “Milli Dirçəliş Günü”