Yenilməz bayrağımız

Bakının Yasamal rayonundakı 53 saylı tam orta məktəbin 9-cuları bu gün muzeyimizdə “Dövlət Bayrağı Günü”nə həsr edilərək keçirilən “Yenilməz bayrağımız” adlı tədbirin iştirakçıları oldular.

Tədbirdə şagirdlərə üçrəngli bayrağımızın şanlı tarixi haqda ətraflı məlumat verildi. Şagirdlərsə Cümhuriyyətimizin yaradıcısı Məmməd Əmin Rəsulzadənin “Bir kərə ucalan bayraq bir daha enməz!” fikrinin nə qədər doğru olduğunu isbatlayan tarixi hadisələr haqda danışdılar və bayrağımıza həsr olunmuş şeirlər ifa etdilər.

Sonda xatirə şəkilləri çəkildi.
Yenilməz bayrağımız

Yenilməz bayrağımız

Yenilməz bayrağımız

Yenilməz bayrağımız

Yenilməz bayrağımız

Yenilməz bayrağımız

Yenilməz bayrağımız

Yenilməz bayrağımız