İsa Muğanna zirvəsi

26 oktyabr 2018-ci il saat 13-00 - da N.Nərimanovun xatirə muzeyində müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, ğörkəmli nasir və ssenarist, xalq yazıçısı İsa Muğannanın (İsa Mustafa oğlu Hüseynov) anadan olmasının 90 illiyinə həsr olunmuş “İsa Muğanna zirvəsi” adlı tədbir keçirildir.
İsa Muğanna zirvəsi

İsa Muğanna zirvəsi

Tədbirdə yazıçının xatirəsi yad edildi, onun həyat və yaradıcılıq yolu, Azərbaycan nəsrinin yeni mərhələyə qədəm qoymasında fəal iştirakı, eləcə də yaratdığı əvəzsiz ədəbiyyat inciləri haqqında danışıldı.

Tədbirdə tanınmış jurnalist, “Vahid” Ədəbi Məclisinin sədri Hacı Rafiq Əliyev, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosentləri filologiya üzrə fəlsəfə doktorları Həqiqət Abdiyeva və Sevinc Muğanna (İsa Muğannanın qızı), İsa Muğannanın nəvəsi, VII sinif şagirdi Səma Ağazadə (Muğanna), “Kredo” qəzetinin redaktoru, yazıçı-şair Əli Rza Xələfli, fizika-riyaziyyat elmləri namizədi Nemət Məmmədov, “Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosasiyası İctimai Birliyinin instrumental ansamblının (bədii rəhbər qəzəlxan-şair Elman Qasid) üzvləri, Bakı şəhər Nəsimi rayonu 46 saylı tam orta məktəbin müəllim və şagirdləri, dəvət olunmuş digər qonaqlar iştirak edirdilər.

Tədbiri muzeyin böyük elmi işçisi Rəna Qəhrəmanova açaraq qonaqları salamladı. İsa Muğannanı dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovla müqayisə edən aparıcı muzeyin fondunda saxlanan və N.Nərimanova həsr olunmuş “Ulduzlar sönmür” adlı bədii filmin çəkiliş tarixi ilə bağlı olan sənəd və materialları da iştirakçılara təqdim etdi.

Daha sonra muzeyin kişik elmi işçisi Ləman Alagözlünün hazırladığı, xalq yazıçısı İsa Muğannanın vaxtilə lentə alınmış müsahibəsi və onun ssenarisi əsasında çəkilmiş filmlərdən ibarət fraqmentlərin toplandığı kiçik videoçarx tədbir iştirakçılarına təqdim edildi.

Sonra söz jurnalist Hacı Rafiq Əliyevə verildi. O, yeni Azərbaycan nəsrinin əsas yaradıcılarından olan İsa Muğannanı rəhmətlə yad edərək şagirdləri bu böyük yazıçının əsərlərindən faydalanmağa çağırdı.
İsa Muğanna zirvəsi

BDU-nun dosenti Həqiqət Abdiyeva isə öz çıxışında vurğuladı ki, İsa Muğannanın ailəsi ilə çox yaxın olub. Qızı Sevinc xanım vaxtilə onun tələbəsi olub və hal-hazırda onunla bir kafedrada çiyin-çiyinə işləyir. Həqiqət xanım onu da qeyd etdi ki, o, İsa Hüseynovun yaradıcılığını tədqiq etmiş və hazırda tələbələrinə bu böyük yazıçını tədris edir. Ona görə də bu gün N.Nərimanovun xatirə muzeyində keçirilən bu tədbirdə iştirak edə bildiyi üçün özünü xoşbəxt sayır.
İsa Muğanna zirvəsi

“Kredo” qəzetinin redaktoru, yazıçı-şair Rza Xələfli İsa Muğanna yaradıcılığının qeyri-adiliyindən danışaraq qeyd etdi ki, o öz sənətinə, idealına o dərəcədə vurğun idi ki, ilhamının gücü ilə qələmə aldıqlarının hardansa ona diktə edildiyini söyləyirdi. Əli Rza müəllim N.Nərimanovu da, İsa Muğannanı da dahi adlandıraraq bildirdi ki, dahilər öz zamanının axarını dəyişib onu başqa səmtə yönəltməyi bacaran adamlardır və bu iki insanın hər birində dahilərə məxsus həmin keyfiyyət olmuşdur.
İsa Muğanna zirvəsi

Fizika-riyaziyyat elmləri namizədi Nemət Məmmədov öz çıxışında qeyd etdi ki, bu tədbirin məhz N.Nərimanovun xatirə muzeyində keçirilməsi olduqca sevindiricidir. O, İsa Muğannanın yaradıcılığını yüksək qiymətləndirərək bildirdi ki, xalq yazıçısı heç kəsin demədiyini, deyə bilmədiklərini qələmə aldı və ədəbiyyatımızda yeni bir cığır, yeni bir səhifə açdı.
İsa Muğanna zirvəsi

Sonra söz şagirdlərə verildi. Onlar yazıçının həyat və fəaliyyət yoluna ekskurs edərək onun yaradıcılığından söz açdılar. Şagirdlərin ifasında yazıçının “Zəhər” hekayəsi səsləndirildi. Məktəbin dil-ədəbiyyat müəllimi İradə Ağayeva orta məktəblərdə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin tədrisi ilə bağlı ürək sözlərini söyləyədi və bildirdi ki, bu gün onun şagirdlərinin yaddaşından heç vaxt silinməyəcək. Çünki, nüfuzlu elm ocaqlarında dərs deyən elm və ədəbiyyat nümayəndələri ilə görüş özü bir məktəbdir..
İsa Muğanna zirvəsi

İsa Muğanna zirvəsi

İsa Muğanna zirvəsi

İsa Muğanna zirvəsi

İsa Muğanna zirvəsi

İsa Muğanna zirvəsi

İsa Muğanna zirvəsi

Sonda söz yazıçının qızı Sevinc Muğannaya verildi. Sevinc xanım muzey rəhbərliyinə, bütün iştirakçılara dərin təşəkkürünü bildirərək qeyd etdi ki, ilk dəfədir ki, o atasının 90 illik yubileyi ilə bağlı keçirilən tədbirdə iştirak edir. Atası haqda acılı-şirinli xatirələrini bölüşən Sevinc xanım yazıçının vaxtilə ona verdiyi öyüd-nəsihəti - yəni həmişə mütaliə etmək və yeni biliklər əldə etmək vərdişinə yiyələnməyi bütün gənclərlə məsləhət bildi. Sevinc xanımın qızı, hazırda VII sinifdə təhsil alan Səma Ağazadə də babası ilə bağlı şirin xatirələrini danışdı.
İsa Muğanna zirvəsi

İsa Muğanna zirvəsi

Tədbirin gedişatı boyunca musiqiyə də söz verildi. “Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosasiyası İctimai Birliyinin instrumental ansamblının ifasında həzin melodiyalar səsləndi.
İsa Muğanna zirvəsi

İsa Muğanna zirvəsi

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.