Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Bu gün Beynəlxalq Muzeylər Günüdür.

Əməkdaşlarımız bu ilki əlamətdar günü Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edərək Cümhuriyyətlə bağlı sənəd, kitab, foto və digər materiallardan ibarət müvəqqəti sərgi yaratmışlar.
Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

İlk qonaqlar Maştağa qəsəbəsindəki N.Nərimanov adına 128 saylı tam orta məktəbin şagirdləri oldu. Sinif rəhbəri, dil-ədəbiyyat müəllimi Esmira Xəlilovanın rəhbərliyi ilə bu bayram günündə muzeyimizi ziyarətə gələn VII a sinif şagirdləri bizi kənddən dərib gətirdikləri ətirli qızılgül dəstəsi ilə təbrik etdilər. Əvvəlcə sərgi ilə tanış olan uşaqları daha sonra ekspozisiya zallarına dəvət etdik.
Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Elmi işçi İradə Əliyevaya diqqətlə qulaq asan yeddincilər tarix və ədəbiyyat sahəsində, eləcə də Nərimanov şəxsiyyəti ilə bağlı biliklərini nümayiş etdirməkdən çəkinmirdilər. Gələcək yolunu indidən müəyyənləşdirdiyini söyləyən Ərrəhman Zeynalov xüsusilə fərqləndi.
Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyi çox bəyəndiklərini və bu barədə fikirlərini rəy kitabımıza qeyd edən şagirdlərə N.Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” kitabı hədiyyə edildi. Sonda xatirə şəkli çəkdirdik.
Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyimiz Beynəlxalq Muzeylər Günündə

Muzeyimiz Beynəlxalq Muzeylər Günündə