Muzeydə tədbir: “Genosid-100”

Bu gün muzeydə 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Bakının müxtəlif tam orta məktəblərinin şagirdləri iştirak etmişlər.

Muzeyin böyük elmi işçisi Rəna Qəhrəmanova şagirdlərə bir əsr bundan əvvəl erməni cəlladları tərəfindən Bakıda,Qubada, habelə digər bölgələrimizdə xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qırğınlar haqqında ətraflı məlumat verdi. O, bildirdi ki, 1998-ci ildə ümumilli lider Heydər Əliyev o hadisələrlə əlaqədar “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan olunmuşdur. Tariximizin qan yaddaşı olan bu faciə və onun qurbanları xalqımız tərəfindən daim xatırlanır.

R.Qəhrəmanova onu da qeyd etdi ki, N.Nərimanov dəhşətlərin törədildiyi 1918-ci ildə hadisələrə öz münasibətini, etirazını bildirmişdir. Bu münasibətlə onun S.Şaumyana və A.Çaparidzeyə yazdığı məktublar vaxtılə “Hümmət” qəzetinin 3 aprel 1918-ci il 37-ci sayında dərc olunmuşdur və bu məktublar bu gün muzeyimizin ekspozisiyasında nümayiş etdirilir.

Daha sonra şagirdlər qırğınların törədildiyi dövrü əks etdirən digər sənəd, kitab və materiallarla tanış edilmişlər.
Muzeydə tədbir: “Genosid-100”

Muzeydə tədbir: “Genosid-100”

Muzeydə tədbir: “Genosid-100”

Muzeydə tədbir: “Genosid-100”

Muzeydə tədbir: “Genosid-100”

Muzeydə tədbir: “Genosid-100”