2010-cu il fevralın 26-da Bakı şəhəri Nizami rayonunun 1 saylı uşaq evində N.Nərimanovun xatirə muzeyinin əməkdaşlarının iştirakı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş “Tarixin ən böyük cinayəti” adlı tədbir keçirilmişdir. Uşaqlara Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilmiş və günahsız qurbanların xatirəsi ehtiramla yad edilmişdir. Çıxış edənlər – N.Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynova, baş mühafizi Ramiz Əliyev, elmi işçisi Səadət Nağıyeva və uşaq evinin direktor müavini Mehriban Əhmədova bəşər tarixinin ən ağır cinayətlərindən olan Xocalı qətliamının təkrarlanmaması naminə hamını mübariz olmağa səsləmişlər. Uşaq evinin şagirdlərinin ifasında soyqırıma həsr olunmuş bədii kompozisiya da səslənmişdir. Tədbirdə Xocalı soyqırımını əks etdirən materiallar nümayiş etdirilmiş, uşaq evinin kitabxanasına N.Nərimanovla bağlı kitablar bağışlanmışdır.

Tarixin ən böyük cinayəti

Tarixin ən böyük cinayəti

Tarixin ən böyük cinayəti

Tarixin ən böyük cinayəti

Tarixin ən böyük cinayəti