22 fevral 2010-cu ildə Bakı şəhəri A.P.Çexov adına kütləvi kitabxanada N.Nərimanov xatirə muzeyinin “Nəriman Nərimanov dövrünün böyük mütəfəkkiridir” adlı səyyar sərgisi nümayiş etdirilmişdir. Görkəmli ictimai, siyasi və dövlət xadimi N.Nərimanovun həyatından və geniş miqyaslı fəaliyyətindən bəhs edən sərgidən əlavə sənədlərin, məktub və fotoların, əlyazmalarının və mövzu ilə bağlı kitabların da nümayişi böyük maraq doğurmuşdu. Sərginin nümayişi 24 fevral 2010-cu ilədək davam etmişdir.