Gələcəyin politoloqları muzeyimizdə

Bu gün muzeyimizdə Azərbaycan Respublikası Prezidenti yanında DİA-sı tələbələrinin “Azərbaycan tarixi” fənnindən növbəti seminarı keçirildi.

Dosent, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramovanın rəhbərliyi ilə keçən seminarda akademiyanın siyasi idarəetmə fakültəsində politologiya ixtisası üzrə təhsil alan I kurs tələbələri verilən sualları cavablandırıb fikir mübadiləsi etdilər. Direktorumuz Kamilə Hüseynova onları muzeyimizin ekspozisiyası ilə də tanış etdi. Sonda tələbələrə N.Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” əsəri hədiyyə edildi.
Gələcəyin politoloqları muzeyimizdə

Gələcəyin politoloqları muzeyimizdə

Gələcəyin politoloqları muzeyimizdə

Gələcəyin politoloqları muzeyimizdə

Gələcəyin politoloqları muzeyimizdə