2010-cu il fevralın 19-da N.Nərimanovun xatirə muzeyi Bakının Nəsimi rayonu 46 saylı orta məktəbin dil-ədəbiyyat müəllimləri və şagird kollektivi ilə birgə “N.Nərimanov və ana dili” mövzusunda tədbir keçirmişdir.

Tədbirdə milli-mənəvi sərvətimiz olan Azərbaycan dilinin gözəlliyi və zənginliyindən, keçdiyi tarixi mərhələlərdən, qorunub saxlanması, inkişafı yolunda N.Nərimanovun və digər ziyalılarımızın xidmətindən danışılmışdır. Məktəbin dil-ədəbiyyat müəllimlərindən İ.Ağayeva, F.Quliyeva, muzeyin elmi işçiləri R.Qəhrəmanova və M.Həsənova çıxışlar etmişlər. Seminar iştirakçıları orta məktəbdə Azərbaycan dilinin tədrisini daha da təkmilləşdirmək üçün fikir mübadiləsi etmişlər.

Məktəbin şagirdləri N.Nərimanovun və digər görkəmli şəxsiyyətlərin ana dilimizlə bağlı fikirləri və şeirləri əsasında bədii kompozisiya səsləndirmişlər. 5-ci sinif şagirdi F.İbadov və 7-ci sinif şagirdi S.Miralayeva ana dili mövzusunda yazdıqlqrı şeirlərini oxumuşlar.