Rəssam Günay Mehdizadədən muzeyimizə hədiyyə

Bu gün Azərbaycan və Türkiyə Rəssamlar İttifaqlarının üzvü Günay Mehdizadə qonağımız oldu. Son dövrlərdəki fəaliyyətindən söhbət açan Günay xanım bizə azərbaycanlı və türkiyəli rəssamların əsərlərindən ibarət bir kataloq da bağışladı.
Rəssam Günay Mehdizadədən muzeyimizə hədiyyə

Məlum oldu ki, bu ilin 29 may-2 iyun tarixlərində Türkiyənin Balçova (İzmir ətrafı şəhər) Bələdiyyə Kültür Evində Azərbaycan və Türkiyə rəssamlarının sənət dünyalarının qovuşmasına, tanışlığı və qarşılıqlı bəhrələnmələrinə xidmət edən beş günlük görüşü keçirilmişvə onların əsərlərindən ibarət “Sənət buluşması. Rənglərin qardaşlığı” adı altında sərgi təşkil edilmişdir. Günay xanımın bağışladığı kataloqda toplanan əsərlərin hamısı bu sərgidə nümayiş etdirilibmiş.

Tədbirin keçirilməsi Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi, Balçova Bələdiyyəsi, Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi, Bakı Yunis Əmrə İnstitutunun ortaq səyi və Günay Mehdizadənin kuratorluğu ilə gerçəkləşdirilmişdir.

Hədiyyə üçün Günay xanıma səmimi təşəkkürümüzü bildiririk.
Rəssam Günay Mehdizadədən muzeyimizə hədiyyə

Rəssam Günay Mehdizadədən muzeyimizə hədiyyə

Rəssam Günay Mehdizadədən muzeyimizə hədiyyə

Rəssam Günay Mehdizadədən muzeyimizə hədiyyə