2010-cu il fevralın 16-da Bakı şəhəri Yasamal rayonunun 53 saylı orta məktəbində N.Nərimanovun anadan olmasının 140 illiyi ilə bağlı “Dövrünün böyük mütəfəkkiri” adı altında ilk tədbir keçirilmişdir.

Tədbirdə N.Nərimanovun həyat və fəaliyyətini tədqiq edən nərimanovşünaslardan tarix elmləri namizədi Firdovsiyyə Əhmədova “N.Nərimanovun həyatı və fəaliyyəti”, filologiya elmləri namizədi Mənzər İbrahimova “N.Nərimanov və rus ədəbiyyatı”, n.Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynova “Nərimanov irsinin əhəmiyyəti”, 53 saylı məktəbin direktoru Firəngiz Həsənova “Muzeylər və məktəb” mövzularında çıxışlar etmişlər.

Məktəbin şagird və müəllim kollektivi ilə keçirilən bu görüşdə “Tuqan tel” tatar mədəniyyət cəmiyyətinin sədri Gülcan Myasoutova da iştirak etmişdir. Şagirdlər məruzəçilərə onları maraqlandıran suallarla müraciət etmiş, həmçinin özləri də N.Nərimanova həsr olunmuş poema və şeirlər, yazıçı və tarixçi alimlərimizin bu böyük mütəfəkkirlə bağlı fikirləri, Nərimanovun oğlu Nəcəfə və bütün gənclərimizə ünvanlanmış dəyərli nəsihətləri əsasında hazırladıqları bədii kompozisiya ilə çıxış etmişlər.

Tədbirdə N.Nərimanovun həyat və fəaliyyətindən bəhs edən “N.Nərimanov - 140” adlı foto-sənədli səyyar sərgi, tədqiqat və incəsənət əsərləri nümayiş etdirilmişdir.

Dövrünün böyük mütəfəkkiri.

Dövrünün böyük mütəfəkkiri.

Dövrünün böyük mütəfəkkiri.

Dövrünün böyük mütəfəkkiri.