18 yanvar 2010-cu ildə Bakının Yasamal rayonundakı 53 saylı orta məktəbdə N.Nərimanovun xatirə muzeyi və məktəb kollektivinin 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş “Ölümdən ölümsüzlüyə” adlı birgə tədbiri keçirilmişdir.
“Ölümdən ölümsüzlüyə”
Tədbirdə məktəbin müəllimi və şagird kollektivi, muzeyin əməkdaşları, qonaqlar və muzey fəalları iştirak etmişlər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra isə məktəbin direktiru Firəngiz Həsənova, muzeyin elmi işçisi Rəna Qəhrəmanova, tarix müəllimləri Esmiralda Zülfüqarova, Şair Quliyev, Məleykə Əsədova (şəhid bacısı) çıxış edərək şagirdlərə Azərbaycanın azadlığı uğrundakı mübarizə tariximizdə 20 Yanvar gecəsinin xüsusi əhəmiyyətindən danışmışlar.
“Ölümdən ölümsüzlüyə”

“Ölümdən ölümsüzlüyə”

“Ölümdən ölümsüzlüyə”
Qeyd etmişlər ki, Azərbaycan tarixində həmin gecəyədək də ondan sonra da şəhidlər olub, olacaq da. Çünki Şəhidlərin xatirəsini etiram və minnətdarlıqla yad etmək, onlardan ibrət götürmək, vətən uğrundə döyüş üçün həmişə hazır olmaq bizim borcumuzdur.
Məktəbin şagirdləri də şəhidlərə və Azərbaycan xalqının azadlıq mücadiləsinə həsr olunmuş mübariz ruhlu mətnlərin üstünlük təşkil etdiyi kompozisiya ilə çıxış etmişlər.
“Ölümdən ölümsüzlüyə”
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı fotostendlər, sənəd, kitab, qəzet və jurnal materialları, faciəni əks etdirən şəkillərdən ibarət sərgi nümayiş etdirilmişdir.

Mətbuat:

20 Yanvar 2010-cu il tarixli, 3 saylı “Mədəniyyət” qəzetinin 4-cü səhifəsində 18 yanvar 2010-cu ildə Bakı şəhəri Yasamal rayonu 53 saylı məktəbdə 20 Yanvar gecəsinə həsr edilərək keçirilmiş birgə tədbir haqda ətraflı məlumat verilmişdir.

Elmi işçilərin mətbuatda gedən məqalələri:

Elmi işçi Rəna Qəhrəmanovanın “Nəriman Nərimanovun qoruduğu şəxsiyyətlər” adlı məqaləsi ardıcıl olaraq “Açıq fikir” adlı qəzetin 31 dekabr 2009-cu il 105-ci saylarında 06 yanvar 2010-cu il 01 və 07 yanvar 2010-cu il 02 saylarında dərc olunmuşdur.
Digər elmi işçi Maisə Həsənovanın N.Nərimanovanın “Tibb və islam” əsəri haqda məqaləsi isə çap olunmaq üçün rus dilində nəşr olunan “Vışka” qəzetinin redaksiyası tərəfindən qəbul edilmişdir və yaxın günlərdə dərc olunacağı gözlənilir.
Bundan başqa hər iki elmi işçinin N.Nərimanovla və muzeylə bağlı müxtəlif mövzulu məqalələri dərc olunmaq üçün Gürcüstanda nəşr olunan “Gürcüstan” (Tiflis) qəzetinə və “Qarapapaqlar” (Marneuli) jurnalına təqdim edilmişdir.