2010-cu il fevralın 16-da Bakı şəhəri Yasamal rayonunun 53 saylı orta məktəbində N.Nərimanovun anadan olmasının 140 illiyi ilə bağlı “Dövrünün böyük mütəfəkkiri” adı altında ilk tədbir keçirilmişdir.
16 may 2009-cu ildə saat 13:00-da C.Cabbarlının ev muzeyində “Muzeylər baharı” aksiyası münasibəti ilə N.Nərimanov,C.Cabbarlı,M.S.Ordubadi muzeylərinin birgə tədbiri keçirilmişdir.
18 aprel 2009-cu ildə saat 13:00-da N.Nərimanovun xatirə muzeyində Beynəlxalq Abidələr Günü münasibətilə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması üçün muzeyin göstərdiyi fəaliyyətdən və gələcəkdə muzey xidməti səviyyəsini daha da yüksəldilməsi üçün görüləcək işlərdən söhbət açılmışdır.
Beynəlxalq Muzeylər Gününə və Azərbaycanın xalq rəssamı Oktay Sadıqzadənin “Nəriman Nərimanov” portretinin təqdimat mərasiminə həsr edilmiş tədbir
18 may 2009-cu ildə saat 13:00-da N.Nərimanovun xatirə muzeyində Beynəlxalq Muzeylər Günü münasibəti ilə Azərbaycanın xalq rəssamı Oktay Sadıqzadənin “Nəriman Nərimanov” portretinin təqdimat mərasimi keçirilmişdir.